İrana qarşı müharibə başlayandan bəri İsrail xəstəxanalarına 6008 yaralı təxliyə olunub

2026/03/1774883681.jpg
Oxunub: 337     19:13     30 Mart 2026    
İrana qarşı müharibə başlanandan bəri, martın 30-na olan məlumata əsasən, İsrail xəstəxanalarına 6008 zərərçəkən təxliyə olunub.

Ordu.az xəbər verir ki, bu barədə “Segodnya v Izraile” portalı məlumat yayıb.

Hazırda 121 nəfər xəstəxanada qalır. Onlardan 1 nəfərin vəziyyəti son dərəcə ağır, 16 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır, 73 nəfərin vəziyyəti yüngül, 1 nəfərin isə panik atak keçirdiyi bildirilir.

Son 24 saat ərzində xəstəxanalara 232 zərərçəkən qəbul edilib. Onlardan 2 nəfərin vəziyyəti ağır, 8 nəfərin vəziyyəti orta ağır, 215 nəfərin vəziyyəti yüngül, 7 nəfərin isə panik atak keçirdiyi qeyd olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin