Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hayeli.am” nəşri yazıb.
Nəşr qeyd edib ki, bəşəriyyətin ən böyük şəxsiyyətlərindən olan Napoleon Bonapart onu sadəcə medal kimi deyil, institut kimi düşünüb və yaradıb.
“Bu institutun sistemli mənası insanlara mənşəyinə, tituluna və ya vəzifəsinə görə deyil, məhz ləyaqətinə görə yanaşmaqdır. Yəni orden daşıyanlar sırasında həm marşal Andre Massena, həm də təbilçi Andre Etyen var.
“Fəxri Legion” ordeni qələbəni, uğuru, nailiyyətləri və fəthləri, şəxsiyyətin parlaq təzahürünü, fəaliyyətin mahiyyəti və təsirini ölçən göstəricidir.
Bu halda sual yaranır: məğlub ölkənin, yenidən qələbə qazanmamış ordunun, yalnız texniki baxımdan mübahisəli nəticələrdən danışan, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan və bunu rəsmiləşdirən, məğlubiyyətləri legitimləşdirən, zəiflik və geri çəkilmə təbliğatı aparan, tarixi inkar edən, xalqı müharibə ilə qorxudan hakimiyyətin görkəmli nümayəndəsinin, bir nazirliyin rəhbərinin burada nə işi var? Həmin qurum ki, vaxtilə “super nazirlik” sayılırdı, indi isə nə rəqib qonşunun qoşunlarını ərazidən çıxara bilir, nə insanları qoruyur, nə də dövlət təhlükəsizliyinin əsas təminatçısı kimi çıxış edir”, - deyə nəşr bildirib.
KİV qeyd edib ki, erməni ordusu heç bir xarici təhdidə qarşı dura bilmir.
“Müdafiə Nazirliyi heç nəyi qoruya bilmir.
Və neçə sıfırlı, neçə ton silah alınmasının heç bir əhəmiyyəti yoxdur. Əsas olan liderlərin hərbi ruhu, strateji düşüncəsi, sona qədər mübarizə iradəsi, sönməz cəsarəti, taktiki bacarığı və heç vaxt təslim olmamasıdır. Əgər bunlar yoxdursa, istəsən atom bombasına sahib ol, yenə də bu keyfiyyətlərə malik tüfəngli insana məğlub olacaqsan.
Deyəsən, bu, guya ermənilər üçün fəxr və sevinc səbəbi olmalı idi ki, onları nəzərə alıblar, amma bu dəfə yox. Niyə? Çünki bizim onlarla ortaq vətənimiz yoxdur və bununla hər şey deyilmiş olur.
Bəlkə də, təltif etməklə yanaşı, haradasa uzaqgörənliklə anlayırlar ki, bugünkü rəhbər bu üslubla artıq tükənmə həddinə çatıb, özünə qarşı ciddi mənfi enerji toplayıb və komandada daha az qalmaqallı, sakit və zəif birini tapmağa çalışırlar. Amma bu, bizi maraqlandırmamalıdır. Biz bunu dövlət və xalq üçün şərəf hesab etmirik, əksinə, düzəldilməli olan bir səhv sayırıq”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az