Livan Suriyanın münaqişəyə qarışmamaq mövqeyini alqışlayıb

2026/04/1775143549.jpg
Oxunub: 200     19:21     22 İyun 2026    
Livanın Baş naziri Nəvaf Salam regionda sürətlə dəyişən vəziyyət fonunda Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani ilə telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki, bu barədə Livan Baş nazirinin ofisinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, telefon danışığı ABŞ Prezidenti Donald Trampın Suriyanın İsrail məqsədlərinə nail ola bilməyəcəyi təqdirdə “Hizbullah”la qarşıdurmaya müdaxilə edə biləcəyini ehtimal edən açıqlamalarından sonra baş tutub.

Suriya Prezidenti Əhməd əş-Şaraa daha əvvəl verdiyi müsahibədə hərbi müdaxilə ehtimalını rədd edərək, Dəməşqin regional sabitliyin təmin olunması üçün yalnız diplomatik, siyasi və iqtisadi üsullara üstünlük verdiyini bildirib.

Mövcud vəziyyət fonunda Nəvaf Salam Suriya liderinin mövqeyini “qardaşcasına və səmimi” adlandırıb və ona dəstəyini ifadə edib.

Livan hökumətinin başçısı Suriyanın münaqişənin genişlənməsinin qarşısının alınmasına yönəlmiş yanaşmasını yüksək qiymətləndirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   Suriya  


Bizi "telegram"da izləyin