Avstraliya Kanada ilə tarixinin ən böyük müdafiə ixracı müqaviləsini imzalayıb

2025/12/1764998209.jpg
Oxunub: 220     19:30     22 İyun 2026    
Avstraliya Kanadaya 2,5 milyard Avstraliya dolları dəyərində görmə xəttindən kənar radar sisteminin satışı ilə tarixinin ən böyük müdafiə ixracı müqaviləsini reallaşdırıb.

Ordu.az xəbər verir ki, bu barədə Avstraliya mətbuatı məlumat yayıb.

Avstraliyanın müdafiə naziri Riçard Marles Kanadaya görmə xəttindən kənar radar sistemi satdıqlarını açıqlayıb.

Onun sözlərinə görə, ölkə tarixində ən böyük müdafiə ixracı kimi qeydə alınan 2,5 milyard Avstraliya dolları dəyərində müqavilə ölkədə təxminən 1000 birbaşa və dolayı iş yerinin yaradılmasına dəstək verəcək.

Marles bildirib ki, müqavilə yalnız iqtisadi baxımdan deyil, həm də iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

“Bu müqavilə Kanberra ilə Ottavanı müdafiə sənayesi sahəsində daha güclü tərəfdaşlara çevirir”, - deyə o vurğulayıb.

Saziş Avstraliyanın radar texnologiyasının xaricə ilk ixracı olacaq. Radar sistemlərinin Kanadanın Arktika bölgəsində müşahidə fəaliyyətlərində istifadə edilməsi planlaşdırılır.

Avstraliyada hazırlanmış radar texnologiyası ölkə sərhədlərindən 3000 kilometrədək məsafədə müşahidə aparmaq imkanına malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Kanada  


Bizi "telegram"da izləyin