Netanyahu İsrail ordusunun Livanda tam fəaliyyət azadlığına malik olduğunu bəyan edib

2026/06/1782141391.jpg
Oxunub: 203     19:16     22 İyun 2026    
İsrailin Baş naziri Benyamin Netanyahu ölkə ordusunun Livanın cənubunda təhlükəsizliyə yönəlmiş istənilən təhdidin qarşısını almaq üçün tam fəaliyyət azadlığı əldə etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Netanyahu bu barədə videomüraciətində danışıb.

O bildirib ki, İsrail rəhbərliyinin və müdafiə naziri İsrael Katsın göstərişləri dəyişməz olaraq qalır və ölkənin şimal bölgələrinin sakinlərinin müdafiəsi ilə bağlı hallarda hərbçilər heç bir məhdudiyyət olmadan hərəkət edə bilərlər.

Baş nazir vurğulayıb ki, İsrail Livanın cənubundan qoşunlarını çıxarmağı planlaşdırmır.

Onun sözlərinə görə, təhlükəsizliyin təmin edilməsi üçün İsrail hərbçiləri bölgədə “nə qədər lazım olarsa, bir o qədər” qalacaqlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İsrail   Livan  


Bizi "telegram"da izləyin