Mirzoyanın müavini Andorranın xarici işlər naziri ilə görüşüb

2026/03/1774614027.jpg
Oxunub: 468     16:19     27 Mart 2026    
2026-cı il martın 26-da Andorrada keçirilən Dağ Tərəfdaşlığının 7-ci qlobal görüşü çərçivəsində Ermənistan xarici işlər nazirinin müavini Robert Abisoğomonyan Andorra Knyazlığının xarici işlər naziri İmma Torr Fos ilə görüş keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı Ermənistan-Andorra ikitərəfli gündəliyinin genişləndirilməsi və dialoqun daha da aktivləşdirilməsi vacib sayılıb. Həmsöhbətlər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər üzrə Ermənistan və Andorra arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

“Xarici işlər nazirinin müavini bu il Ermənistanda keçiriləcək iri tədbirlərlə bağlı həyata keçirilən işləri təqdim edib. O cümlədən, BMT-nin biomüxtəliflik haqqında konvensiyasının 17-ci konfransında daha inklüziv iştirakın təmin edilməsinə yönəlmiş Ermənistanın baxışını diqqətə çatdırıb.

Cənubi Qafqazda son inkişaflara toxunan nazir müavini əldə olunmuş sülhün daha da institusionallaşdırılmasının zəruriliyini vurğulayıb və bu istiqamətdə atılan addımları təqdim edib”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Andorra  


Bizi "telegram"da izləyin