Ordu.az xəbər verir ki, bu barədə erməni vəkil Abqar Poğosyan özünün “Facebook” səhifəsində yazıb.
Poğosyan qeyd edib ki, məhkəmənin qənaətinə görə, onun hərəkətlərində Ermənistan Cinayət Məcəlləsinin 441-ci maddəsinin birinci hissəsi ilə nəzərdə tutulan əməl mövcud olub (maksimum 4 il azadlıqdan məhrumetmə).
“Müdafiə tərəfi də hökmü apellyasiya cinayət məhkəməsində şikayət edəcək, lakin buna baxmayaraq, qərəzsiz, obyektiv və ədalətli araşdırmaya görə məhkəməyə xüsusi təşəkkür etmək istəyirik”, - deyə o bildirib.
Erməni vəkil həmçinin qeyd edib ki, faktiki olaraq Aşxen Aleksanyan əsassız ictimai qınağa məruz qalıb, onun şəkilləri yayılıb, təqsirsizlik prezumpsiyası pozulub və reallıqla əlaqəsi olmayan məlumatlar dövriyyəyə buraxılıb.
Alpər Mövludoğlu
Ordu.az