Serj Sarkisyanın işi üzrə məhkəmə iclası davam edir

2025/10/Ekran-1761149175.jpg
Oxunub: 379     15:56     27 Mart 2026    
Ermınistan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində hakim Aram Qriqoryanın sədrliyi ilə bu gün ölkənin 3-cü prezidenti, Respublikaçılar Partiyasının sədri Serj Sarkisyan barəsində cinayət işinə baxış davam etdirilir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

İş onun müdafiə naziri olduğu dövrdə İsakov prospektində yerləşən torpaq sahələrinin özgəninkiləşdirilməsi ilə bağlıdır.

Bu gün keçirilən məhkəmə iclasında sübutların araşdırılması mərhələsinə başlanılıb.

Xatırladaq ki, əvvəlki məhkəmə iclaslarından birində dövlət ittihamçıları Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan barəsində ittiham aktını oxumuşdular.

İttiham aktına münasibət bildirən Sarkisyan qeyd etmişdi ki, heç kim sual vermir ki, əgər şəxsi maraq var idisə, niyə həmin torpaq sahələri satılmayıb.

“O torpaq sahələrini satmaq imkanını yalnız Müdafiə Nazirliyinin kompleksini başa çatdırmaq üçün vermişəm. Nə prokurorları, nə də müstəntiqləri maraqlandırmayıb ki, Müdafiə Nazirliyinin binası hansı şəraitdə yerləşirdi. Əgər zəhmət çəkib maraqlansaydılar, mənim bunu niyə etdiyimi anlayardılar”, - deyə o bildirmişdi.

Xatırladaq ki, ittihama görə, Serj Sarkisyan 2000-ci il mayın 20-dən 2007-ci il aprelin 4-dək Ermənistanın müdafiə naziri vəzifəsini tutaraq, Konstitusiyanın 85-ci maddəsinə əsasən hökumətin üzvü olub, “Müdafiə haqqında” qanunun 10-cu maddəsinə uyğun olaraq silahlı qüvvələrin birbaşa rəhbərliyini həyata keçirib. O, prezidentin 16.03.2002-ci il tarixli HN-1064 saylı fərmanına əsasən müdafiə sahəsində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsini təmin edən icra orqanının rəhbəri kimi nazirliyin strukturuna daxil olan qurumların fəaliyyətini idarə etmək, təşkil etmək və nəzarətdə saxlamaq, dövlət əmlakının idarə olunmasına nəzarət etmək, hüquqi aktlar qəbul etmək, əmrlər vermək və göstərişlər təqdim etmək səlahiyyətlərinə malik olub və beləliklə, vəzifəli şəxs kimi təşkilati-idarəetmə və inzibati-təsərrüfat funksiyalarını həyata keçirib.

Bundan əlavə, prokuror tərəfindən 05.11.2025-ci ildə Serj Sarkisyan barəsində 18.04.2003-cü il tarixli Ermənistan Cinayət Məcəlləsinin 311-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndi ilə cinayət təqibi başlanıb ki, bu da qüvvədə olan Cinayət Məcəlləsinin 435-ci maddəsinin 3-cü hissəsinin 3-cü bəndinə uyğun gəlir.

Qeyd edək ki, Ermənistan Cinayət Məcəlləsinin 435-ci maddəsinin 3-cü hissəsinin 3-cü bəndi xüsusilə külli miqdarda rüşvət alma ilə bağlıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan  


Bizi "telegram"da izləyin