İrəvanda öldürülən çeçen qız dəfn edilib

2025/11/1763370005.jpg
Oxunub: 581     15:41     27 Mart 2026    
İrəvanda qətlə yetirilmiş çeçen qız Ayşat Baymuradova dəfn edilib. Onun meyiti bir neçə ay morqda qalmışdı.

Ordu.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Ermənistan qanunvericiliyinə əsasən, meyit yalnız yaxınlarına təhvil verilə bilərdi, lakin onlar Ayşatdan imtina etmiş və sorğulara cavab verməmişdilər. Ermənistan hakimiyyəti (parlamentin sədri Alen Simonyan bu məsələ ilə məşğul olacağını vəd etmişdi) onun dəfn xərclərini ödəməyə razılaşıb ki, meyit torpağa tapşırılsın.

Ayşatın məzarı qəbiristanlığın ayrıca hissəsində yerləşir və burada başdaşı yoxdur. 23 yaşlı Ayşat Baymuradova Çeçenistandan qaçmış və 2025-ci il oktyabrın 15-də İrəvanda itkin düşmüşdü. O, Karina İminova adlı şəxslə görüşə getmiş, bir neçə gün sonra isə meyiti tapılmışdı. Ermənistan hüquq-mühafizə orqanları onun qətlində Karina İminova və Çeçenistanda anadan olmuş Said-Hamzaat Baysarov adlı şəxsi şübhəli bilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ayşat-Baymuradova   Ermənistan  


Bizi "telegram"da izləyin