Erməni deputat: “44 günlük müharibə ilə bağlı hesabatın dərc olunması sırf hüquqi məsələdir”

2026/03/1774611730.jpg
Oxunub: 393     15:39     27 Mart 2026    
“2020-ci ilin 44 günlük müharibəsinin şəraitini araşdıran parlament istintaq komissiyasının hesabatının dərc olunub-olunmaması məsələsi sırf hüquqi məsələdir və siyasi məqsədəuyğunluq əsasında həll edilə bilməz”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan parlamentində keçirilən ənənəvi brifinq zamanı hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Hovhannisyan bildirib.

“Bu hesabatın dərc olunması ilə bağlı qərar yalnız hüquqi prosedurlar çərçivəsində qəbul edilməlidir. Buna görə də o, hər hansı siyasi məqsədəuyğunluq naminə dərc edilə bilməz”, - deyə Hovhannisyan bildirib.

Erməni deputat xatırladıb ki, Ermənistan hakimiyyəti bu məsələ ilə bağlı mövqeyini dəfələrlə ifadə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hovhannisyan  


Bizi "telegram"da izləyin