Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının növbədənkənar qurultayı çərçivəsində keçirilən brifinqdə bildirib.
Rubinyan qeyd edib ki, qurultayda səsvermələr keçiriləcək və onların nəticələrinə əsasən seçki siyahıları müəyyən olunacaq.
Ermənistan KİV-ləri bildirir ki, səsvermə proseduru kifayət qədər mürəkkəbdir və mərhələlərlə həyata keçirilir.
Baş nazir namizədinin dəyişdirilməsi ilə bağlı suala cavab olaraq Rubinyan qeyd edib ki, bu, nəzəri cəhətdən mümkündür, lakin praktiki baxımdan az ehtimal olunandır.
Ümumilikdə, Rubinyan bildirib ki, partiyanın 50 namizədi var, lakin əsas namizəd artıq məlumdur.
Baş nazirliyə namizəd nümayəndələrin səsvermə zamanı ən çox qeyd etdiyi şəxs olacaq. Belə ki, bülletenin sonunda qeyd var ki, nümayəndələr seçdikləri siyahıda yer alan 30 nəfərlə yanaşı, baş nazir namizədinin adını da qeyd etməlidirlər. Ən çox qeyd olunan şəxs namizəd olacaq.
Rubinyan əlavə edib ki, seçki kampaniyasından razıdır və media bu prosesi düzgün işıqlandırmır.
Alpər Mövludoğlu
Ordu.az