Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın “Teleqraf” portalı məlumat yayıb.
375 nəfər Pakistandan, 335 nəfər Kolumbiyadan, 310 nəfər Böyük Britaniyadan, 247 nəfər ABŞ-dən, 247 nəfər Moldovadan, 232 nəfər Ermənistandan, 219 nəfər Nepaldan, 175 nəfər Almaniyadan və 164 nəfər Fransadan gəlib.
Qeyd olunur ki, Ukraynada işçi qüvvəsi çatışmazlığı mövcuddur. Ekspertlər vurğulayır ki, demoqrafik problemlərin həlli üçün hər il xaricdən yüz minlərlə işçi cəlb olunmalıdır. Lakin xarici vətəndaşlar hələlik Ukraynaya getməyə tələsmir.
İqtisadi müzakirələr klubunun üzvü Oleq Pendzin hesab edir ki, Ukraynaya 5 milyon işçi lazımdır.
Bu isə ildə təxminən 450 mindən 500 minə qədər əmək miqrantı deməkdir. Onların Yaxın Şərq, Cənub-Şərqi Asiya və Banqladeş ölkələrindən gələcəyi gözlənilir. Ekspertin fikrincə, bu sayda miqrantın cəlb olunması müharibədən sonrakı bərpa dövründə mümkün ola bilər.
Alpər Mövludoğlu
Ordu.az