Tramp NATO müttəfiqlərindən məyus olduğunu bildirib

2026/05/1779950914.jpg
Oxunub: 228     09:12     25 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rütte ilə Oval kabinetdə keçirdiyi birgə görüş zamanı ABŞ-nin İranla müharibə dövründə müttəfiqlərinin yardımına ehtiyac duymadığını, lakin bəzi Avropa ölkələrinin siyasi və hərbi dəstək göstərməməsindən təəssüfləndiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Bu məsələdə bizim ümumiyyətlə köməyə ehtiyacımız yox idi”, - deyə Tramp bildirib və əlavə edib ki, Avropa ölkələrinin “Biz kömək etmək istəyirik” deməsi daha yaxşı olardı.

O, eyni zamanda İtaliya, Böyük Britaniya, Almaniya və Fransanın mövqeyindən məyus qaldığını vurğulayıb.

“Onların əksəriyyəti bizi məyus etdi. İspaniya isə sadəcə dəhşətdir”, - deyə ABŞ Prezidenti qeyd edib.

Tramp dəfələrlə ABŞ-nin Avropadakı müttəfiqlərini tənqid edərək onları regionda Vaşinqtonun əməliyyatlarına kifayət qədər dəstək verməməkdə ittiham edib.

Xüsusilə, İspaniya İran ərazisinə zərbələr endirilməsi məqsədilə ABŞ-yə öz ərazisində yerləşən birgə hərbi bazalardan istifadə imkanı verməkdən imtina etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   NATO  


Bizi "telegram"da izləyin