Ordu.az xəbər verir ki, bunu İraq parlamentinin kərküklü deputat, "İraq Türkman Cəbhəsi"nin lideri Ərşad Salihi "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə keçirilən II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumda deyib.
Onun sözlərinə görə, bu gün Qarabağın azad olması, Azərbaycanın qürurla ayaqda durması dünya türklərinin də arzusu olub.
O vurğulayıb ki, bu gün ölkələrarası parlamentarilər arasında diplomatik əlaqələr var:
"Amma bu gün xalqlarımızı bir-birinə yaxın edən bizim irsimizdir, bu bizim folklorumuzdur, tariximizdir".
Ordu.az