“Mi-8” helikopteri Qazaxıstanda sərt eniş edib

2026/06/1782376194.jpg
Oxunub: 237     12:26     25 İyun 2026    
“Mi-8” AMT tipli helikopter Qazaxıstanın Pavlodar vilayətində sərt eniş edib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, hadisə 2026-cı il iyunun 24-də Pavlodar vilayətinin Zarya yaşayış məntəqəsi yaxınlığında baş verib.

“Kazaviaspas” Səhmdar Cəmiyyəti tərəfindən istismar olunan, qeydiyyat nömrəsi UP-MI872 olan “Mi-8” AMT tipli helikopter sərt eniş edib. Uçuşun məqsədi itkin düşmüş vətəndaşın axtarışı ilə bağlı axtarış-xilasetmə əməliyyatının həyata keçirilməsi idi”, - deyə məlumatda bildirilib.

Helikopterin göyərtəsində beş ekipaj üzvü və səkkiz sərnişin olmaqla ümumilikdə 13 nəfər olub.

Nazirliyin məlumatına görə, hadisə nəticəsində ölən olmayıb.

“Aviasiya hadisəsi nəticəsində həlak olan yoxdur. Hazırda xəsarət alanlarla bağlı məlumatlar dəqiqləşdirilir”, - deyə mətbuat xidməti əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mi-8   Qazaxıstan  


Bizi "telegram"da izləyin