Ordu.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Berlində keçirilən mətbuat konfransında açıqlama verib.
Məlumata görə, açıqlama Almaniya, İtaliya, Fransa, Böyük Britaniya və Polşanın iştirak etdiyi “Avropa beşliyi” (E5) formatında danışıqlardan sonra səsləndirilib.
Makron bildirib ki, son dövrlərdə Avropa ölkələri ilə ABŞ-nin mövqeləri bir-birinə xeyli yaxınlaşıb və bu birliyin qorunub saxlanılması vacibdir.
“Bu yaxınlaşma Ankarada keçiriləcək NATO sammiti zamanı da davam etməlidir. Bundan sonra isə iyulun 13-də bizim təşkil edəcəyimiz, Ukraynaya dəstək və təhlükəsizlik təminatlarına həsr olunmuş “istəklilər koalisiyası”nın görüşündə də bu xətt davam etdirilməlidir”, - deyə Fransa Prezidenti qeyd edib.
Makronun sözlərinə görə, qarşıdakı görüş Ukraynaya dəstək məsələlərinin və təhlükəsizlik zəmanətlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyacaq.
Sevinc Əliyeva
Ordu.az