Moskva İrəvanın KTMT ilə bağlı yekun qərarını gözləyir

2025/09/1756914813.jpg
Oxunub: 232     11:27     25 İyun 2026    
“Rusiya tərəfi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) üzvlüyü ilə bağlı yekun qərarını gözləyir”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Viktor Vasilyev “RIA Novosti” agentliyinə müsahibəsində bildirib.

O, Rusiya tərəfinin Ermənistandan hansı addımları gözlədiyi barədə suala cavab verərkən qeyd edib ki, İrəvan təşkilatda qalmaq və ya başqa ssenariyə üstünlük vermək barədə qərar qəbul etməlidir.

“Onlar qərar verməlidirlər - təşkilatda qalırlar, yoxsa başqa ssenariyə üstünlük verirlər”, - deyə Vasilyev bildirib.

Onun sözlərinə görə, Ermənistan qəbul etdiyi qərar barədə Rusiya tərəfini məlumatlandırmalıdır.

“Onlar bu barədə bizi məlumatlandırmalıdırlar”, - deyə Rusiya nümayəndəsi vurğulayıb.

Bundan əvvəl Viktor Vasilyev Ermənistanın KTMT-də gələcək üzvlüyü məsələsinin təşkilat rəhbərliyi tərəfindən ətraflı şəkildə müzakirə olunacağını açıqlamışdı.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   İrəvan   KTMT  


Bizi "telegram"da izləyin