Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrin məlumatına görə, Gevorq Papoyan Rusiya tərəfi ilə Ermənistan məhsullarının ixracı zamanı yaranan problemləri, eləcə də Rusiyanın tətbiq etdiyi sanksiyalarla bağlı məsələləri müzakirə etmək niyyətindədir.
“Papoyan, nazirlikdəki mənbələrin bildirdiyinə görə, Rusiya tərəfi ilə Ermənistanın ixrac problemlərini və Rusiya sanksiyaları məsələsini müzakirə etmək üçün səfərə hazırlaşır. Lakin indiyədək məktuba cavab verilməyib. Rusiyada Papoyanın iştirak müraciətinin rədd olunması və ya qəbul edilərək forum çərçivəsində nazirin alçaldılmasına cəhd göstərilməsi variantları nəzərdən keçirilir”, - deyə nəşr yazıb.
Qeyd olunur ki, mövcud vəziyyət Ermənistan hakimiyyətinin Rusiya ilə münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımlar atdığını göstərir.
“Faktiki olaraq hakimiyyət Ermənistan-Rusiya münasibətlərinin tənzimlənməsi istiqamətində səylər göstərir”, - deyə nəşr vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az