Rizvan Nəbiyev: "Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini bütün Türk dünyası gözləyirdi"

2025/09/1757413072.jpg
Oxunub: 203     11:51     25 İyun 2026    
Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini bütün Türk dünyası gözləyirdi.

Ordu.az xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Agentliyin tərəfdaşlığı ilə keçirilən II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumda deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı ilə türkmanlar bir-birinə sadəcə diplomatiya ilə bağlı deyil: "Biz bu çərçivədə mədəni əlaqələrin qarşılıqlı münasibətlərə, dostluğa verdiyi töhfəni xüsusi qeyd edə bilərik".

Deputat Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi zaman bütün türk dünyasının sevindiyini vurğulayıb:

"Çünki Azərbaycanın zəfəri, qalibiyyətini 30 il ərzində təkcə həsrətlə gözləyən biz olmadıq. Bu zəfəri bütün türk dünyası və bizim türk qardaşlarımız gözləyirdi".

O təklif edib ki, bu kimi tədbirlər İraqda, Suriyada, Kərkükdə, Bağdadda keçirə bilər:

"Biz istəyirik ki, İraqda, Suriyada da tədbirlər təşkil edək və biz əgər qardaş dərnəklərin, vətəndaş cəmiyyətlərinin hazırlığını görsək, bir yerdə elə bu ilin payızında İraqda görüşərik. Şəhər seçimi qardaşlarımızdan asılıdır. Bu Bağdad da ola bilər, bu Kərkük də ola bilər".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rizvan-Nəbiyev   Azərbaycan  


Bizi "telegram"da izləyin