Tramp Türkiyəyə F-35 “Lightning II” qırıcılarının tədarükü ilə bağlı müsbət qərar verə biləcəyini istisna etməyib

2025/10/1760420461.jpg
Oxunub: 255     09:22     25 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rütte ilə Oval kabinetdə keçirdiyi görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən Ankarada keçiriləcək NATO sammiti ərəfəsində Türkiyəyə F-35 “Lightning II” qırıcılarının tədarükü ilə bağlı müsbət qərar qəbul edə biləcəyini istisna etməyib.

Ordu.az xəbər verir ki, Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi keyfiyyətlərini yüksək qiymətləndirərək onu dostu adlandırıb və ona rəğbət bəslədiyini bildirib.

“O, NATO üzvüdür. Bəzi insanlar bunu nəzərə almırlar. Mən onu xoşbəxt edəcək bir addım atacağam”, - deyə ABŞ Prezidenti bildirib.

Tramp eyni zamanda Türkiyənin ABŞ-nin İrana qarşı müharibəsinə qoşulmamasını da müsbət qiymətləndirib.

“O müharibəyə qoşulmadı. Bilirsiniz, o, İranla müharibəyə cəlb oluna biləcək əsas namizədlərdən biri idi, bəlkə də İran tərəfdən. Çünki bildiyiniz kimi, o, İsrailin böyük tərəfdarı deyil. Mən ondan müdaxilə etməməyi xahiş etdim. O da müdaxilə etmədi. Bəs bilirsiniz daha kim böyük şəxsiyyət idi? Çin Prezidenti Si Cinpin... Ərdoğan böyük liderdir, güclü xarakterə malikdir, əla hərbçidir. Mən ondan müdaxilə etməməyi xahiş etdim və o da buna əməl etdi. Eyni şəkildə Prezident Si Cinpin və açığını desəm, Putin də”, - deyə Tramp bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Türkiyə   F-35-Lightning-II  


Bizi "telegram"da izləyin