İran XİN NATO ölkələrini Vaşinqtona yardım etdiklərinə görə tənqid edib

2026/06/1780328230.jpg
Oxunub: 231     09:38     25 İyun 2026    
İran Xarici İşlər Nazirliyi NATO-nun baş katibi Mark Rüttenin alyans üzvlərinin ABŞ-nin İrana qarşı əməliyyatlarına fəal dəstək verməsi ilə bağlı açıqlamalarını beynəlxalq hüququn və BMT Nizamnaməsinin pozulmasının etirafı kimi qiymətləndirib.

Ordu.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi “X” sosial şəbəkəsində yazıb.

“NATO-nun baş katibi açıq şəkildə İtaliya və Rumıniyanı İrana qarşı təcavüzün iştirakçıları adlandırıb”, - deyə Bəqayi bildirib.

O vurğulayıb ki, bu, “NATO-nun BMT-yə üzv suveren dövlətə qarşı qanunsuz təcavüzkar müharibədə fəal iştirakının açıq və ittihamedici etirafıdır ki, bu da beynəlxalq hüququn məcburi normalarının və BMT Nizamnaməsinin fundamental prinsiplərinin kobud şəkildə pozulmasıdır”.

Rütte çərşənbə günü Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşü zamanı bildirib ki, NATO üzrə ABŞ müttəfiqləri İranla silahlı qarşıdurma dövründə, xüsusilə logistika sahəsində Amerika qüvvələrinə çox fəal dəstək göstəriblər.

“Ümumilikdə vəziyyətə baxsaq, müttəfiqlər kömək ediblər”, - deyə o qeyd edib.

Bununla yanaşı, Rütte etiraf edib ki, bəzi ölkələrin ABŞ-yə hərbi hava limanlarından istifadə imkanı verməkdən imtina etdiyi “ayrı-ayrı hallar” da olub.

Avropanın Vaşinqtona göstərdiyi yardımdan danışan NATO baş katibi bildirib ki, bu ilin əvvəlində Buxarest hava limanı ABŞ hərbi aviasiyasına xidmət göstərməyə üstünlük verdiyi üçün mülki aviareyslərin qəbulunu müvəqqəti dayandırmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   XİN   NATO  


Bizi "telegram"da izləyin