Yəməndə "Al Arabiya"nın jurnalisti avtomobilinin partladılması nəticəsində həlak olub

2026/06/1782361798.jpg
Oxunub: 196     05:14     25 İyun 2026    
Səudiyyə Ərəbistanının "Al Arabiya" və " Al Hadath" televiziya kanallarının müxbiri Məhəmməd Ayda Yəmənin şərqindəki Mukalla şəhərində avtomobilinin partladılması nəticəsində həlak olub.

Bu barədə Ordu.az "Al Arabiya"ya istinadən xəbər verir.

Məlumata görə, partlayışdan sonra jurnalist Mukalladakı İbn Sina xəstəxanasına aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Telekanal bildirib ki, Mukallanın təhlükəsizlik orqanları jurnalisti təxminən bir ay əvvəl həyatı üçün təhlükə barədə xəbərdar ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Al-Arabiya  


Bizi "telegram"da izləyin