Ordu.az xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Delsi Rodriqes açıqlama verib.
Onun sözlərinə görə, beynəlxalq xilasedici dəstələr artıq Venesuela hökuməti ilə əlaqə saxlayıblar və axtarış-xilasetmə əməliyyatlarına qoşulmağa hazır olduqlarını bildiriblər.
“Yaxın saatlarda müxtəlif ölkələrdən beynəlxalq xilasedici dəstələr Venesuelaya gələcəklər. Onlar artıq milli hökumətlə əlaqə yaradaraq axtarış-xilasetmə əməliyyatlarına qoşulmaq istədiklərini bildiriblər”, - deyə Rodriqes qeyd edib.
Sevinc Əliyeva
Ordu.az