Ermənistanın xarici işlər naziri iki həftəlik məzuniyyətə çıxır

2026/06/1782372566.jpg
Oxunub: 210     11:21     25 İyun 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan xarici işlər naziri Ararat Mirzoyana illik məzuniyyət verilməsi ilə bağlı qərar imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Qərara əsasən, Ararat Mirzoyana 2025-2026-cı iş ili üzrə illik məzuniyyətinin bir hissəsi verilib.

Sənədə görə, erməni nazir 2026-cı il iyunun 26-dan iyulun 10-dək, ümumilikdə 11 iş günü müddətində məzuniyyətdə olacaq.

Qərarda qeyd olunur ki, məzuniyyət dövründə Ararat Mirzoyanın səlahiyyətlərini müxtəlif tarixlərdə xarici işlər nazirinin müavinləri icra edəcəklər.

Belə ki, 2026-cı il iyunun 26-sı və 27-də onu xarici işlər nazirinin müavini Robert Abisoğomonyan əvəz edəcək. İyunun 28-də bu vəzifəni xarici işlər nazirinin müavini Vahan Kostanyan yerinə yetirəcək.

İyunun 29-dan iyulun 10-dək isə xarici işlər nazirinin digər müavini Mnatsakan Safaryan nazirin səlahiyyətlərini icra edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mirzoyan  


Bizi "telegram"da izləyin