Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, tərəflər Ermənistan-Fransa ikitərəfli münasibətlərinin gündəliyində olan geniş məsələlər dairəsini müzakirə ediblər.
“Xüsusilə siyasi dialoqun dərinləşdirilməsi, iqtisadiyyat və infrastruktur sahələrində birgə layihələrin həyata keçirilməsi məsələlərinə toxunulub.
Tərəflər həmçinin regional inkişaflarla bağlı fikir mübadiləsi aparıblar və regionda sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Nikol Paşinyan və Emmanuel Makron Ermənistan-Avropa İttifaqı əməkdaşlığının gələcək inkişaf perspektivlərinə də toxunublar. Tərəflər müxtəlif istiqamətlər üzrə tərəfdaşlığın dərinləşdirilməsinin və birgə təşəbbüslərin səmərəli şəkildə irəli aparılmasının vacibliyini qeyd ediblər”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az