Ordu.az xəbər verir ki, bunu Ermənistan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyasının katibi Artur Hovhannisyan parlamentdə keçirilən brifinq zamanı bildirib.
Erməni deputatlara verilən suallar arasında Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin cümə axşamı baş tutan telefon danışığı ilə bağlı sual da olub. Bundan əlavə, jurnalistlər İrandakı vəziyyətin İrəvan və Bakı arasında razılaşmalara təsir edib-etməyəcəyini soruşublar.
“Biz vəziyyəti izləyirik və sərhədimizdəki vəziyyətlə bağlı bütün risklər müvafiq qurumlara yönəldilib”, - deyə Hovhannisyan bildirib.
Hakim parlament fraksiyasından olan digər erməni deputat Arman Yeğoyan qeyd edib ki, Ermənistanın ABŞ, Rusiya və region ölkələri ilə qurduğu münasibətlər yalnız müsbət vəziyyət deməkdir.
“Bütün hesablamalarımız və razılaşmalarımız göstərir ki, Ermənistan mövcud vəziyyətdə mümkün olan ən yaxşı mövqedədir”, - deyə Yeğoyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az