Mərakeşin XİN rəhbəri İranın Naxçıvana dron hücumunu pisləyib

2026/03/1772810344.jpg
Oxunub: 341     18:47     06 Mart 2026    
Mərakeş Krallığının xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri Nasser Bourita Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

Ordu.az xəbər verir ki, telefon danışığı zamanı Ceyhun Bayramov həmsöhbətinə 5 mart 2026-cı il tarixində Naxçıvan Muxtar Respublikası istiqamətində İran tərəfindən həyata keçirilmiş dron hücumları barədə geniş məlumat verib.

Nazir qeyd edib ki, Azərbaycanın ərazisinə qarşı bu cür addımlar ölkənin suverenliyinə zidd olmaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinin ciddi şəkildə pozulmasıdır və regionda gərginliyin artmasına xidmət edir.

Nazir Nasser Bourita Azərbaycanın ərazisinə qarşı dron hücumlarını qətiyyətlə pisləyib, bunun narahatlıq doğurduğunu bildirərək, ölkəmizlə həmrəyliyini ifadə edib.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mərakeş   Azərbaycan  


Bizi "telegram"da izləyin