AZAL Bakı-İğdır-Bakı reyslərinin yeni CƏDVƏLini açıqlayıb

2026/03/1772714233.jpg
Oxunub: 396     18:34     06 Mart 2026    
Azərbaycan vətəndaşlarının paytaxt ilə Naxçıvan arasında alternativ hava nəqliyyatı xidmətindən yararlana bilmələri məqsədilə "Azərbaycan Hava Yolları" QSC (AZAL) tərəfindən Bakı-İğdır-Bakı istiqaməti üzrə 7-10 mart tarixlərini əhatə edən uçuş qrafiki tərtib olunub.

Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-İğdır-Bakı marşrutu üzrə 7-10 mart tarixlərini əhatə edən uçuş cədvəli hazırlanıb.

Ordu.az bu barədə QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Cədvəldə göstərilən bütün saatlar yerli vaxt ilə təqdim edilib:


Uçuşa gəlmədən öncə aşağıda sadalanan mühüm məqamlara diqqət yetirilməlidir:

- sərnişinlər reysin başlama vaxtından minimum 1 saat 30 dəqiqə əvvəl hava limanında olmalıdırlar;

- üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqəsi olmalıdır.

Uçuş cədvəlində hər hansı dəyişiklik olarsa, sərnişinlərə bu barədə əlavə məlumat təqdim ediləcək.

Qeyd edək ki, Bakı-İğdır-Bakı marşrutu üzrə aviabiletləri AZAL-ın rəsmi veb-saytı və ya mobil tətbiqi vasitəsilə Naxçıvan istiqamətini seçməklə, həmçinin aviaşirkətin kassalarına müraciət etməklə almaq mümkündür.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AZAL   Bakı   İğdır  


Bizi "telegram"da izləyin