Gürcüstan və Ermənistanın müdafiə nazirləri regiondakı vəziyyəti müzakirə ediblər

2024/11/1731648386.jpg
Oxunub: 318     18:18     06 Mart 2026    
Gürcüstan və Ermənistanın müdafiə nazirləri İrakli Çikovani ilə Suren Papikyan arasında telefon danışığı baş tutub, tərəflər regiondakı cari vəziyyəti müzakirə ediblər.

Ordu.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyindən bildirilib.

"Gürcüstan Baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovani və Ermənistanın müdafiə naziri Suren Papikyan regional təhlükəsizlik məsələlərini və cari vəziyyəti müzakirə ediblər", - məlumatda bildirilib.

Həmçinin qeyd olunub ki, tərəflər qonşu ölkələr arasında sıx müdafiə əlaqələrinin əhəmiyyətini vurğulayıblar.

"Həmkarlar bir daha qarşılıqlı dəstəyi təsdiqləyib və gələcək əməkdaşlığın perspektivlərini müəyyən ediblər", - nazirlikdən əlavə edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Ermənistan  


Bizi "telegram"da izləyin