Litva XİN rəhbəri İranın Azərbaycana dron hücumunu pisləyib, həmrəy olduğunu bildirib

2026/03/1772806115.jpg
Oxunub: 385     17:51     06 Mart 2026    
Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

Bu barədə Ordu.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, telefon danışığı zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə İranın dron hücumları barədə ətraflı məlumat verib.

Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş bu hücumun beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozuntusu olduğu və regionda gərginliyin artmasına xidmət etdiyi vurğulanıb.

Litva naziri Azərbaycan ərazisinə qarşı dron hücumlarını pisləyib, bunun dərin narahatlıq doğurduğunu, ölkəmizlə həmrəy olduğunu bildirib. Bu kimi hücumların regionda gərginliyin daha da artmasına xidmət etdiyi vurğulanıb.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Azərbaycan  


Bizi "telegram"da izləyin