Gürcüstan və Ermənistan müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə ediblər

2026/01/1768461230.jpg
Oxunub: 345     17:34     06 Mart 2026    
Gürcüstanın Baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovani Ermənistanın müdafiə naziri Suren Papikyan ilə telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki, Gürcüstan Müdafiə Nazirliyi tərəfindən yayılan məlumata görə, tərəflər telefon danışığı zamanı regionda mövcud təhlükəsizlik vəziyyətini və aktual məsələləri müzakirə ediblər.

Nazirlər qonşu ölkələr arasında müdafiə sahəsində sıx əməkdaşlığın vacibliyini xüsusi vurğulayıblar.

Məlumata əsasən, tərəflər qarşılıqlı dəstəyi bir daha təsdiqləyərək gələcək əməkdaşlıq perspektivlərini də müzakirə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papikyan   Çikovani  


Bizi "telegram"da izləyin