ABŞ Dövlət Departamenti: Gürcüstan Ermənistan-Azərbaycan sazişindən faydalana bilər

2025/05/1746162604.jpg
Oxunub: 397     17:56     06 Mart 2026    
“Biz Gürcüstanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün sarsılmaz tərəfdarı olaraq qalmağa davam edirik və ABŞ Gürcüstanla konstruktiv münasibətlər qurmağa çalışır”.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

“Prezident Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış sülh sazişi bütün Cənubi Qafqaz üçün yeni imkanlar açır. Gürcüstan bu sazişin mümkün sabitliyinə və rifahına töhfə verə bilər və bundan böyük fayda əldə edə bilər.

Biz həmçinin ikitərəfli münasibətlərə və Gürcüstandakı siyasi mühitə təsir edən məsələlər üzrə Gürcüstan hökuməti ilə əməkdaşlığı davam etdirəcəyik. Bundan başqa, ölkələrimiz arasında münasibətləri möhkəmləndirmək və irəliləyişə sadiqliyini göstərmək üçün Gürcüstan hökumətinin ata biləcəyi konkret addımları da müzakirə edəcəyik”, - deyə bəyanatda bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Gürcüstan   Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin