Yunanıstan Naxçıvana edilən PUA hücumlarını beynəlxalq hüququn pozulması adlandırıb

2025/09/1758085450.jpg
Oxunub: 346     15:48     06 Mart 2026    
Yunanıstanın Bakıdakı səfirliyi İranın pilotsuz uçuş aparatları (PUA) ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisinə endirdiyi zərbələri pisləyib.

Ordu.az-ın məlumatına görə, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"Dünən PUA-larla Naxçıvana endirilən zərbələr beynəlxalq hüququn və dövlət suverenliyinin açıq şəkildə pozulmasını nümayiş etdirir. Yunanıstan Azərbaycanla həmrəyliyini ifadə edir", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. Azərbaycan Prezidenti İlham Əliyev İran tərəfinin hərəkətlərini çirkin terror aktı adlandırıb. Prezident bildirib ki, Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Naxçıvan  


Bizi "telegram"da izləyin