Bu barədə
Ordu.az Avropa Komissiyasının bəyanatına istinadən xəbər verir.
"Bu gün Avropa Komissiyası Gürcüstanın diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün vizasız rejimi dayandırır. İndi onlar Şengen zonasına daxil olarkən vizaya malik olmalıdırlar. Bu, vizasız rejimin dayandırılması üzrə yeni gücləndirilmiş mexanizmin tətbiq edildiyi ilk haldır. Qərar üzv dövlətlərin təsdiqindən sonra qəbul olunub", - bəyanatda bildirilib.
Həmçinin, qeyd olunub ki, qərar bu gün 12 ay müddətinə, 2027-ci il martın 6-dək qüvvəyə minir.
Ordu.az