"Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş Konsulluğunun heyəti İrandan təxliyə olunacaq" - Nazir

2026/02/1771007218.jpg
Oxunub: 384     13:35     06 Mart 2026    
Prezident İlham Əliyevin tapşırığına əsasən, Tehrandakı səfirlik və Təbrizdəki Baş Konsulluğunun heyəti İrandan təxliyə olunacaq.

Ordu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoi ilə Bakıda birgə keçirdiyi mətbuat konfransında deyib.

"Ötən gün dron hücumu ilə bağlı Prezident İlham Əliyev tərəfindən bütün aidiyyəti tapşırıqlar verilib, diplomatik addımlar atılıb. Eyni zamanda Azərbaycanın təhlükəsizlik tədbirləri hər zaman ən yüksək səviyyədədir.

Bilavasitə yaxın ərazidə hərbi əməliyyatlar gedən zaman risk artdıqda silahlı qüvvələrin hazırlıq səviyyəsi artırılır, bununla bağlı da müvafiq tapşırıqlar verilib", - deyə nazir bildirib.

Ceyhun Bayramov həmçinin əlavə edib ki, bundan sonra hadisələr diqqətli şəkildə izləniləcək:

"İranın vədinə uyğun olaraq araşdırmanın nəticəsini gözləyəcəyik və buna uyğun qərar veriləcək, addımlar atılacaq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İran  


Bizi "telegram"da izləyin