Ceyhun Bayramov azərbaycanlıların Ukraynadan evakuasiyasına görə moldovalı həmkarına təşəkkür edib

2026/02/1771007218.jpg
Oxunub: 351     13:25     06 Mart 2026    
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan vətəndaşlarının Ukraynadan evakuasiyasında göstərilən dəstəyə görə moldovalı həmkarına təşəkkür edib.

Ordu.az xəbər verir ki, C.Bayramov bu barədə Mixay Popşoi ilə birlikdə Bakıda mətbuat üçün brifinqdə deyib.

Nazir bu gün keçirilən görüşdə Rusiya-Ukrayna münaqişəsinə də də toxunulduğunu bildirib:

"Bu münaqişə fonunda xatırladım ki, Azərbaycan vətəndaşlarının Ukraynadan evakuasiya prosesinin böyük hissəsi məhz Moldova ərazisindən həyata keçirilib. Bu məsələdə Moldova bizə yüksək səviyyədə kömək və dəstək nümayiş etdirib. Fürsətdən istifadə edərək buna görə həmkarıma bir daha təşəkür edirəm".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ceyhun-Bayramov   Azərbaycan  


Bizi "telegram"da izləyin