İrandakı indoneziyalıların ilk qrupu Azərbaycan üzərindən təxliyə olunacaq

2026/03/Ekran-1772772586.jpg
Oxunub: 354     12:46     06 Mart 2026    
İndoneziya bu gün öz vətəndaşlarını İrandan təxliyə etməyə başlayacaq.

Ordu.az-ın "Al Jazeera"ya istinadən verdiyi xəbərə görə, bunu İndoneziya Xarici İşlər Nazirliyinin nümayəndəsi Heni Hamida jurnalistlərə açıqlamasında deyib.

"Təxliyə prosesi bu gün tədricən başlayacaq və birinci mərhələ Azərbaycan ərazisindən həyata keçiriləcək", - o bildirib.

Nümayəndənin sözlərinə görə, 32 indoneziyalıdan ibarət ilk qrupun bazar ertəsi və ya çərşənbə axşamı Cakartaya çatması gözlənilir.

Ümumilikdə İranda 329 indoneziyalı var, onların əksəriyyəti Qum şəhərində təhsil alan tələbələrdir.

XİN-in məlumatına görə, Yaxın Şərq ölkələrində olan indoneziyalıların sayı təxminən yarım milyon nəfərdir, lakin İndoneziya hökuməti hazırda regionun digər ölkələrindən təxliyəsini nəzərdən keçirmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   Azərbaycan  


Bizi "telegram"da izləyin