Erməni siyasi xadim: “Müharibə dalğası böyüyür, Ermənistan ətrafında halqa getdikcə daralır”

2026/03/1772775519.jpg
Oxunub: 526     09:37     06 Mart 2026    
“Regionda baş verən son dərəcə gərgin vəziyyət göstərir ki, müharibə dalğası getdikcə böyüyür”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyası Şurasının üzvü Armen Hovasapyan “Facebook” səhifəsində yazıb.

“Başqa sözlə desək, faktiki olaraq qlobal xarakter daşıyan böyük bir müharibə ilə üz-üzəyik. Baş verən ümumi proseslər onu göstərir ki, İran ətrafında baş verən müharibədə iştirak edənlərin sayı getdikcə artır, çünki ard-arda müxtəlif bəyanatlar, telefon danışıqları və açıqlamalar səslənir. Buna görə də Ermənistan ətrafında halqa getdikcə daralır.

İndi isə baxaq, Ermənistanın daxili siyasi diskursunda nə baş verir. Tamamilə başqa, paralel bir reallıq. Hakimiyyət, şəxsən Nikol Paşinyan başda olmaqla, faktiki olaraq seçki prosesinə daxil olub və görünür ki, baş verən hadisələrə məhəl qoymurlar”, - deyə o qeyd edib.

Hovasapyan bildirib ki, son iki gündə parlamentdə baş verənlər, küçə jarqonu, vulqar ritorika, ucuz küçə sözləri, müxalifətçiləri rüsvay etmək səhnələri, bütün bunlar yalnız öz kürsülərini qorumaq məqsədi daşıyır.

“Bir neçə gün əvvəl parlamentdə Paşinyanın əsəbi davranışı göstərirdi ki, o ciddi depressiya vəziyyətindədir və iki od arasında qaldığını anlayır. Lakin buna baxmayaraq, ətrafına göstərmək istəyir ki, guya baş verənlərin “güclü adamı” elə özüdür. Mən başa düşürəm ki, Paşinyan bu gün həsəd aparılacaq vəziyyətdə deyil. O, daxilən də mövcud vəziyyətin nə qədər mürəkkəb olduğunu anlayır, amma buna baxmayaraq, ictimaiyyəti inandırmağa çalışır ki, “ölkədə sülh var” və “pis qüvvələr regionu müharibə kabusuna sürükləmək istəsələr də, buna nail ola bilməyəcəklər”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hovasapyan   Ermənistan  


Bizi "telegram"da izləyin