Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
İddia ərizəsi icraata qəbul edilib.
Ermənistan Baş Prokurorluğu “Hetq” nəşrinə məhkəmə qaydasında müsadirə etmək istədiyi ehtimal olunan qanunsuz əmlakların siyahısını təqdim edib.
Tələbdə İrəvan şəhərində yerləşən 3 daşınmaz əmlakın müsadirəsi göstərilib, onlardan ikisi Kentron inzibati rayonunda yerləşir. Həmçinin bir avtomobilin də müsadirəsi tələb olunur.
Daşınmaz əmlakın bazar qiymətinə yaxın kadastr dəyəri 125 milyon 580 min dram təşkil edir.
Ermənistan Baş Prokurorluğu eyni zamanda maliyyə tələbi də irəli sürüb: qanunsuz pul vəsaitlərinin qalığı kimi təxminən 48 milyon dramın müsadirəsi, həmçinin şəxsin qanuni gəlirləri ilə əsaslandırılmayan, qanunsuz mənşəli olan və ya başqasının adına keçirilmiş, yaxud da eyniləşdirilməsi və müsadirəsi mümkün olmayan təxminən 43 milyon dramın da geri alınması tələb olunur.
Xatırladaq ki, 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra Valeri Osipyan həmin il mayın 10-da polis rəisi təyin edilmişdi. Daha sonra Ermənistan Baş naziri Nikol Paşinyanın 2019-cu il 18 sentyabr tarixli qərarı ilə Baş nazirin baş müşaviri vəzifəsinə gətirilmişdi. Bir neçə gün sonra, oktyabrın 7-də isə Paşinyanın qərarı ilə Valeri Osipyan Baş nazirin baş müşaviri vəzifəsindən azad edilmişdi.
Alpər Mövludoğlu
Ordu.az