Moldova İranın Naxçıvana hücumlarını qətiyyətlə pisləyir

2022/12/1670328049.jpg
Oxunub: 297     16:02     05 Mart 2026    
Moldova İranın Naxçıvana hücumlarını qətiyyətlə pisləyir.

Ordu.az-ın məlumatına görə, bu barədə Moldovanın xarici işlər naziri Mihai Popşoy X sosial şəbəkəsində hesabında bildirib.

"Moldova mülki infrastruktura yönəlmiş və dinc sakinlərin yaralanmasına səbəb olan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumları qətiyyətlə pisləyir", - o yazıb.

XİN rəhbəri həmçinin qeyd edib ki, Moldova Azərbaycanla həmrəyliyini ifadə edir, onun suverenliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiqləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moldova   Azərbaycan  


Bizi "telegram"da izləyin