Qondarma “Abxaziya”da da pilotsuz uçuş aparatları vurulub

2026/03/1772713117.jpg
Oxunub: 434     16:16     05 Mart 2026    
Qondarma “Abxaziya”da bir sıra bölgələrdə bir gün əvvəl müşahidə edilən pilotsuz uçuş aparatları ilə bağlı vəziyyətə münasibət bildirilib.

Ordu.az xəbər verir ki, bu barədə “Apsnipress” agentliyi məlumat yayıb.

Bildirilib ki, “kütləvi hücum zamanı təxminən 30 pilotsuz uçuş aparatı qeydə alınıb”. Hava məkanının müdafiəsi Rusiya Silahlı Qüvvələri ilə sıx əməkdaşlıq şəraitində sutka boyu həyata keçirilir.

“Dünən biz pilotsuz uçuş aparatlarının görünməmiş dərəcədə geniş miqyasda tətbiqi ilə üzləşdik. Əvvəllər də 5-7 ədədə qədər ayrı-ayrı uçuşlar qeydə almışdıq, onların bəzisi vurulmuşdu, lakin panika yaratmamaq üçün bunu gizli saxlayırdıq. Bu gün isə çoxsaylı yaşayış məntəqələrində aparat qəzaları baş verdiyi üçün gizlətməyə ehtiyac yoxdur: “Abxaziya” və Rusiya hava hücumundan müdafiə sistemləri birgə işləyir”, - deyə general Adqur Qumbа vurğulayıb.

Aşkar edilən təxminən 30 aparatın 99%-i məhv edilib. Vurulan vasitələrin qalıqları 11 yaşayış məntəqəsində tapılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abxaziya   PUA  


Bizi "telegram"da izləyin