Paşinyan qardaşının necə Rusiya vətəndaşı olduğunu izah edib

2026/03/1772619544.jpg
Oxunub: 367     15:56     05 Mart 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətdə keçirilən brifinq zamanı qardaşının necə Russia vətəndaşı olduğunu izah edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Sual onun bu və ya digər şəkildə Rusiya ilə əlaqəli olan bir çox siyasi rəqiblərini “KQB agentləri” adlandırması fonunda səsləndirilib.

Paşinyan bildirib ki, qardaşı, Ermənistanın yüz minlərlə vətəndaşı kimi, hələ 1990-cı illərin ikinci yarısında Rusiyaya gedib və orada yaşayıb.

Paşinyan həmçinin bəzi rusiyapərəst müxalif qüvvələrin guya Rusiyada yaşayan Ermənistan vətəndaşlarının kütləvi şəkildə ölkəyə gələrək qarşıdakı parlament seçkilərində səs verməsini təşkil etməyi planlaşdırdıqları barədə yayılan söz-söhbətlərə də toxunub.

“Hətta bu baş versə belə, bu insanların böyük əksəriyyəti əhalinin ölkədən axınını deyil, ölkəyə geri qayıdışını təşviq edən hökumətin xeyrinə səs verəcək”, - deyə Ermənistan Baş naziri bildirib.

Onun fikrincə, Rusiyaya köçmüş Ermənistan vətəndaşları ölkədən bu qədər insanın məhz həmin qüvvələrin hakimiyyəti dövründə getdiyini unutmurlar və səslərini onlara verməyəcəklər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin