Erməni nazir: “Gürcüstanda heç bir yük maşını dayanmayıb, əgər düşünürsünüzsə ki, dövlət məsələni həll etməyib, bu sizin probleminizdir”

2026/02/1770633442.jpg
Oxunub: 327     15:48     05 Mart 2026    
“Əgər siz düşünürsünüzsə ki, dövlət bu məsələni həll etməyib, belə düşünə bilərsiniz, biz bunun məsuliyyətini öz üzərimizə götürmək məcburiyyətində deyilik. Bizim üçün əsas olan orada dayanmış maşınların olmaması idi və orada dayanmış maşın yoxdur, məsələ həll olunub”.

Ordu.az xəbər verir ki, bunu hökumətin iclasından sonra jurnalistlərlə söhbətində Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

O, bu fikri Gürcüstan ərazisində növbədə dayanan erməni sürücülərin gürcü gömrükçülərə əlavə pul ödəməmək üçün kollektiv şəkildə boykot qərarı verməsi və bundan sonra gürcü gömrükçülərin tıxac yaranmaması üçün güzəştə getməsi barədə səsləndirilən iddiaya münasibət bildirərkən səsləndirib.

Erməni nazirə gürcü gömrükçülərin erməni sürücülərdən rüşvət tələb etməsi barədə məlumatın təsdiqlənib-təsdiqlənmədiyi soruşulduqda, o cavab verib: “Bunu təsdiqləmək üçün heç kim gəlmədi. Mən bu məsələ ilə bağlı müraciət etmişdim, xahiş etdim ki, heç olmasa bir nəfər gəlsin, amma Ermənistanda belə deyəcək bir vətəndaş tapılmadı”.

Erməni məhsullarını ixrac edən şirkətlərlə bağlı problemlərin İqtisadiyyat Nazirliyi tərəfindən tez-tez danışıqlar yolu ilə həll olunmasına baxmayaraq müəyyən müddətdən sonra yenidən ortaya çıxması barədə suala isə Papoyan belə cavab verib: “Bu bəzən belə olur, çünki məsələ bizdən asılı deyil. Qardaş ölkələrik, buna görə də biz Tbilisiyə gedirik, ya da onlar bura gəlirlər və problem həll olunur”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papoyan   Ermənistan  


Bizi "telegram"da izləyin