Ordu.az xəbər verir ki, Minasyan bunu Ermənistan parlamentində müdafiə naziri Suren Papikyanın çıxışına münasibət bildirərkən deyib.
“Seçki mərhələsində bu hibrid hücumlar və sülhə qarşı yönəlmiş müxtəlif nüanslar artacağı üçün, fikrimcə, biz qanunvericilik mexanizmi ilə qadağan etməliyik ki, səlahiyyətli qurum hər hansı hadisənin baş vermədiyini açıqladıqda, buna baxmayaraq həmin xəbərləri yaymağa davam edən KİV-lər məsuliyyətə cəlb olunsun”, - deyə Minasyan təklif edib.
Alpər Mövludoğlu
Ordu.az