İrandan Azərbaycan vasitəsilə təxliyə prosesi davam edir - YENİLƏNİB

2026/03/Ekran-1772707223.jpg
Oxunub: 815     20:30     05 Mart 2026    
Hazırda 10-dan çox Çin vətəndaşı, eləcə də iranəsilli digər ölkə vətəndaşlarının Astara dövlət sərhəd buraxılış məntəqəsi vasitəsilə təxliyəsi həyata keçirilir.

Ordu.az xəbər verir ki, təxliyə prosesi davam edir.

Qeyd edək ki, bununla İranda hərbi əməliyyatların başladığı fevralın 28-i saat 08:00-dan martın 5-i 18:00-a qədər həmin ölkədən Azərbaycana təxliyə olunanların sayı 1341-ə çatıb.

***

İrandan Azərbaycana bu gün saat 14:00-dan 16:00-dək daha 13 nəfər təxliyə edilib.

Ordu.az xəbər verir ki, təxliyə edilənlərin 10-u Azərbaycan, 1-i Kanada, 1-i Özbəkistan, 1-i isə Rusiya vətəndaşıdır.

Onların təxliyəsi "Astara" dövlət sərhəd buraxılış məntəqəsi vasitəsilə baş tutub.

Qeyd edək ki, bununla İranda hərbi əməliyyatların başladığı fevralın 28-i saat 08:00-dan martın 5-i 16:00-a qədər həmin ölkədən Azərbaycana təxliyə olunanların sayı 1339-ya çatıb.

***

İrandan Azərbaycana bu gün saat 12:00-dan 14:00-dək daha 9 nəfərin təxliyəsi baş tutub.

Ordu.az xəbər verir ki, təxliyə edilənlərin 5-i Azərbaycan, 2-si Qırğızıstan, 1-i Çin, 1-i isə Gürcüstan vətəndaşıdır.

Onların təxliyəsi "Astara" dövlət sərhəd buraxılış məntəqəsi ilə həyata keçirilib.

Qeyd edək ki, bununla İranda hərbi əməliyyatların başladığı fevralın 28-i saat 08:00-dan martın 5-i 14:00-a qədər həmin ölkədən Azərbaycana təxliyə olunanların sayı 1326-ya çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Azərbaycan  


Bizi "telegram"da izləyin