Ordu.az xəbər verir ki, Paşinyan bununla canlı yayım zamanı keçmiş polis rəisi Aram Hovhannisyanın tikdirdiyi binadan danışmamasına işarə etdiyini bildirib.
Jurnalistlərdən biri belə sual verib: “Niyə susdurmağa çalışırdınız? Bunu Aram Hovhannisyanın adının çəkilməməsi üçün susdurma cəhdi kimi başa düşməliyikmi? Və keçmiş hakimiyyətlərin talanından danışan sizin hakimiyyətinizin, guya Aram Hovhannisyanın talanını gizlətməyə çalışdığını güman etməliyikmi?”.
Buna cavab olaraq Nikol Paşinyan deyib: “Bu sadəcə reaksiyadır. Aram Hovhannisyan vəzifəli şəxs deyil və bəzən keçmiş vəzifəli şəxsləri rahat buraxmaq lazımdır ki, öz həyatlarını yaşasınlar. Üstəlik, həmin bina 15-20 il əvvəl tikilib, o vaxt Aram Hovhannisyanın harada işlədiyini də bilmirəm”.
“Bu məsələdə prokurorluğun görəcəyi iş yoxdurmu?” sualına isə Paşinyan belə cavab verib: “Prokurorluğun görəcəyi işləri mən müəyyən etmirəm və əvvəlcədən müəyyənləşdirmirəm. Ümumiyyətlə, bütün dövlət qurumları öz üzərinə düşən işi görməyə borcludur”.
Alpər Mövludoğlu
Ordu.az