Paşinyan: “Rusiya hərbi bazası Qərbə baxış imkanını bağlamır”

2026/03/1772619544.jpg
Oxunub: 463     13:46     05 Mart 2026    
“Rusiyanın 102-ci hərbi bazası indiyədək Ermənistanın Qərblə əməkdaşlıq qurmaq istiqamətində baxış imkanını bağlamayıb”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan bu fikri bazanın Ermənistanın Qərbə yönəlmiş siyasətinə mane olub-olmadığı barədə suala cavab verərkən səsləndirib.

O, bu sualı qeyri-korrekt adlandıraraq deyib ki, Ermənistan heç yerə getmir. “Xoşbəxtlikdən və ya təəssüf ki, biz hələ o nöqtədə deyilik ki, Rusiya hərbi bazası yolumuzu bağlasın. Nə vaxt görsək ki, Rusiya hərbi bazası bizim baxış imkanımızı bağlayır, onda düşünərik ki, necə hərəkət edək ki, baxış problemi yaşamayaq”, - deyə Paşinyan izah edib.

O, həmçinin vurğulayıb ki, Ermənistan qarşısına Rusiya ilə münasibətləri pisləşdirmək məqsədi qoymur.

“Bizim Rusiya ilə münasibətləri pisləşdirmək kimi problemimiz yoxdur, olmayıb və olmayacaq. Bizim Rusiyanın maraqlarına zərər vurmaq kimi problemimiz olmayıb, yoxdur və olmayacaq”, - deyə Paşinyan əmin edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin