Ordu.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında ombudsmanın 2025-ci il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri, həmçinin qeyd edib ki, 2025-ci hesabat ilində ombudsmana 42 min 685 müraciət daxil olub:
"Bütövlükdə son 15 ildə ombudsmana müraciətlərin statistikası maraqlı dinamika nümayiş etdirir. Təqdim edilən hesabatda müraciətlərin artım sayındakı çoxalan fərq (13-314) 2011-2015-ci illərdə edilən müraciətlərin cəmi illik sayı qədərdir".
Ordu.az