İsveç ABŞ silahlarının alınması üçün Ukraynaya 100 milyon dollar ayıracaq

2025/01/1736357946.jpg
Oxunub: 318     19:15     13 Fevral 2026    
İsveç Ukrayna üçün ABŞ silahlarının satın alındığı PURL təşəbbüsünə 100 milyon dollar yatırıb.

Ordu.az xəbər verir ki, bu barədə İsveç hökuməti məlumat yayıb.

İsveç Niderland, Norveç və Böyük Britaniya ilə birlikdə ümumi dəyəri 500 milyon dollar olan yardım paketinə töhfə verir.

"Hava hücumundan müdafiə və döyüş sursatları Ukraynanın Rusiyanın davamlı hücumlarından müdafiə oluna bilməsi üçün həlledici əhəmiyyətə malikdir. Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə biz Avropada sülhə və təhlükəsizliyə sadiq olduğumuz barədə aydın mesaj göndəririk", – İsveçin müdafiə naziri Pol Yonson qeyd edib.

Niderland Müdafiə Nazirliyinin ötən gün yaydığı məlumata görə, bu vəsait Ukrayna üçün zəruri avadanlıqların – "Patriot" sistemləri üçün raketlərin, artilleriya mərmilərinin, "F-16" qırıcıları üçün sursatların və ehtiyat hissələrinin alınmasına yönəldilməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin