Polşada prezidenti hədələyən Ukrayna vətəndaşı saxlanılıb

2026/06/1782573103.jpg
Oxunub: 203     19:11     27 İyun 2026    
Polşanın Zelona Qura şəhərində ölkə prezidenti Karol Navrotskinin ünvanına internetdə hədələr yaymaqda şübhəli bilinən Ukrayna vətəndaşı saxlanılıb.

Ordu.az xəbər verir ki, bu barədə “Polsat News” telekanalı məlumat yayıb.

Polis nümayəndəsi Anna Baranın sözlərinə görə, hüquq-mühafizə orqanları Polşa prezidentinin ünvanına səsləndirilən təhdidlərin yer aldığı onlayn söhbətin səs yazısını əldə edib.

“Yayımlanan materiallar barədə məlumat daxil olduqdan sonra cinayət polisi əməkdaşları dərhal həmin şəxsin yerini müəyyən ediblər”, - deyə Baran bildirib. O qeyd edib ki, saxlanılan şəxs 36 yaşlı Ukrayna vətəndaşıdır.

Polisin məlumatına görə, şübhəli hadisənin üzə çıxarılmasından bir gün sonra saxlanılıb və istintaq materiallarının araşdırılması üçün prokurorluğa təhvil verilib.

İlkin qiymətləndirməyə əsasən, ona Polşa prezidentinin ünvanına səsləndirilən təhdidlərə görə ölkənin konstitusiya orqanını təhqir etmək maddəsi ilə ittiham irəli sürülə bilər.

Bu əməl Polşa Cinayət Məcəlləsinin 226-cı maddəsinə uyğun olaraq qiymətləndirilir və həmin maddə cərimə və ya iki ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Ukrayna  


Bizi "telegram"da izləyin